Hədiyyəni necə almaq lazımdır?

Priceless loqosu
Artist carefully spray-painting a vivid mural on a wall

Yerli rəssamla Rio-nu kəşf edin və öz sənət əsərinizi yaradın.

Küçə divar rəsmlərini kəşf edin, qalereya və studiyaları ziyarət edin, özəl bələdçili emalatxanada stencil və ya taxta çap texnikası ilə öz sənət əsərinizi yaradın.

More...

Rio-de-Janeyro Xəritə

Bir nəfər üçün US$237*

*Göstərilən məbləğ təxmini konversiyadır (çevrilmə). Ödəniş sizdən yerli valyuta ilə alınacaqdır. Digər valyuta konvertasiyası və bank tərəfindən komissiya tətbiq oluna bilər.

Təcrübə

Lisenziyalı bələdçi və rəssam Tatiane Araujo ilə Rio-de-Janeyronun yaradıcı ruhunu kəşf edin. RioArtExperience-in təsisçisi olan Tatiane sizi ictimaiyyət üçün əlçatan olmayan eksklüziv incəsənət turuna aparacaq. Tur xüsusi giriş imkanları, peşəkar bədii yanaşma və gediş-dönüş nəqliyyatını özündə birləşdirir. Səyahətiniz G20 Urban Art təşəbbüsü çərçivəsində yaradılmış iriölçülü divar rəsmləri ilə məşhur Morro do Pinto məhəlləsindən başlayacaq. Daha sonra vaxtilə şokolad fabriki olmuş, bu gün isə rəssamların fəaliyyət göstərdiyi yaradıcı mərkəzə çevrilmiş Fábrica Bhering-də açıq studiyaları və müstəqil qalereyaları gəzəcək, qəhvə fasiləsi verəcəksiniz. Ardınca A Gentil Carioca qalereyasını və Santa Teresa məhəlləsində yerləşən Museu Chácara do Céu muzeyini ziyarət edərək şəhərin bohem ab-havasını və daş döşənmiş küçələrini kəşf edəcəksiniz. Təcrübə NAU Gallery-də keçirilən özəl stencil və ya ksiloqrafiya (xilogravura) emalatxanası ilə yekunlaşacaq. Burada öz kətan əsərinizi hazırlayaraq xatirə kimi evinizə aparacaqsınız. Yalnız Mastercard kart sahibləri üçün.

priceless olan nədir?

Rio-de-Janeyronu ən yaxşı tanıyan yerli rəssam və bələdçi ilə səmimi söhbət etmək.

Əsas məqamlar:

  • Rəssam və lisenziyalı bələdçi Tatiane Araujo ilə Rio-de-Janeyronun küçə sənətini, qalereyalarını və studiyalarını kəşf edin.
  • Morro do Pinto, A Gentil Carioca və Museu Chácara do Céunu ziyarət edin.
  • Fábrica Bhering-in yaradıcı sənət mərkəzində qəhvə fasiləsindən zövq alın.
  • Özəl stencil və ya ksiloqrafiya (xilogravura) emalatxanasında fərdiləşdirilmiş kətan əsərinizi hazırlayın.
  • Özəl gediş-dönüş nəqliyyatı ilə rahat səyahət edin.

Ətraflı

  • Priceless təcrübələri yalnız Mastercard kart sahibləri üçün nəzərdə tutulub.
  • Təcrübə 30 sentyabr 2026-cı il tarixinədək hər gün saat 10:00–15:00 arasında keçirilir.
  • Təcrübə ən azı 48 saat əvvəl rezervasiya edilməlidir.
  • Təcrübə minimum 1, maksimum 6 nəfər üçün nəzərdə tutulub.
  • Göstərilən qiymət 1 nəfər üçündür.
  • Təcrübəyə otelinizdən transfer daxildir.
  • Rezervasiyadan sonra 24 saat ərzində rezervasiyanızı yekunlaşdırmaq və ya zərurət yarandıqda alternativ tarix təklif etmək üçün sizə əlavə e-poçt göndəriləcək.
  • Marşrut:
    • Səyahətiniz Morro do Pinto ilə başlayacaq. Yenidən qurulmuş bu ərazi hazırda şəhərin G20 Urban Art təşəbbüsü çərçivəsində yaradılmış iriölçülü qrafiti əsərləri ilə tanınır.
    • Daha sonra vaxtilə şokolad fabriki olmuş, bu gün isə açıq studiyalar və müstəqil qalereyalardan ibarət yaradıcı mərkəzə çevrilmiş Fábrica Bhering-i ziyarət edəcəksiniz.
    • Səyahət A Gentil Carioca qalereyasında davam edəcək. Burada incəsənətin sosial dəyişiklik və dönüşümün vasitəsi kimi təqdim olunması ilə tanış olacaqsınız.
    • Rio-de-Janeyronun ən bohem məhəlləsi olan Santa Teresada daş döşənmiş küçələrdə gəzəcək, yerli rəssamlarla tanış olacaq və şəhərin möhtəşəm mənzərəsini seyr etmək üçün Museu Chácara do Céu muzeyində dayanacaqsınız.
    • Təcrübə NAU Gallery-də yekunlaşacaq. Burada Tatiane-nin rəhbərliyi ilə keçirilən praktiki stencil ustad dərsində iştirak edərək öz mənalı sənət əsərinizi yaradacaqsınız.

Fine Print

  • Başqa hallar nəzərdə tutulmayıbsa, satın alındıqdan sonra geri qaytarılmır

There is an issue with your connection. Please try again

Thank you