Başlıq arxa planı rəsmi İkinci başlıq arxa plan rəsmi Arxa plan şəkli

Hədiyyəni necə almaq lazımdır?

Priceless loqosu
View of the Palacio de Liria from the palace’s private gardens.

Liria Sarayında iş saatlarından sonra keçirilən özəl tur zamanı seçmə qastronomik məhsulları kəşf edin.

XVIII əsrə aid sarayı kəşf edin, sənət şah əsərlərinə tamaşa edin, Casa de Alba məhsullarının dadına baxın və daha çoxunu yaşayın.

More...

Liria Sarayı Xəritə

US$1,750-dən US$2,800-dək*

*Göstərilən məbləğ təxmini konversiyadır (çevrilmə). Ödəniş sizdən yerli valyuta ilə alınacaqdır. Digər valyuta konvertasiyası və bank tərəfindən komissiya tətbiq oluna bilər.

Təcrübə

Liria Sarayını bağlanış saatlarından sonra təşkil olunan özəl tur çərçivəsində ziyarət edin. XVIII əsrə aid bu möhtəşəm sarayın zəngin memarlığı və incə interyer dizaynı ilə yaxından tanış olun. Sarayın müxtəlif otaqlarında sərgilənən rəsm əsərləri, heykəllər, mebellər, tarixi sənədlər və kitablar sizi heyran edəcək.Qoya, Velaskes, Murilyo və digər görkəmli rəssamların şah əsərlərini seyr edərkən musiqi, səs və mətnin yaratdığı mədəni atmosferdən zövq alın. Siz həmçinin İspaniya qurme məhsullarının dequstasiyasında iştirak edəcək və hədiyyələr əldə edəcəksiniz.Yalnız Mastercard kart sahibləri üçün.

priceless olan nədir?

Sənət həvəskarı olan dostlarınızla birlikdə əfsanəvi sənət əsərlərini xüsusi qonaq kimi seyr etmək.

Əsas məqamlar:

  • Liria Sarayında bağlanış saatından sonra keçirilən özəl tura qatılın.
  • Sarayın möhtəşəm interyerinə və burada nümayiş etdirilən dəyərli sənət nümunələrinə heyran olun.
  • İspaniya qurme məhsullarının dequstasiyasından zövq alın.
  • Xatirə hədiyyəsi olaraq parça çanta, Liria Sarayının ispan dilində rəsmi bələdçi kitabı, xüsusi dizaynlı qələm və qeyd dəftəri əldə edin.
  • Video: https://www.youtube-nocookie.com/embed/nK7z9aysYE8?si=rgGASQgTZaMjRQDI

 

Ətraflı

  •  Priceless təcrübələri yalnız Mastercard kart sahibləri üçün nəzərdə tutulub.
  •  Təcrübə mövcudluqdan asılı olaraq 31 yanvar 2027-ci il tarixinədək etibarlıdır.
  •  Təcrübə 6 və ya 12 nəfərədək qruplar üçün nəzərdə tutulub.
  •  Qiymət qrupdakı iştirakçıların sayına əsasən müəyyən edilir: 6 nəfərədək qruplar üçün 1 500 avro, 12 nəfərədək qruplar üçün isə 2 400 avro.
  •  Təcrübə ispan, ingilis, fransız, italyan və alman dillərində keçirilə bilər. Dil seçimi mövcudluqdan asılıdır. Müştəri rezervasiya zamanı dili seçməlidir və seçilmiş dil bütün qrup ziyarətinə şamil ediləcək.
  •  Təcrübə həmişə Liria Sarayı ziyarətçilər üçün bağlandıqdan sonra keçiriləcək.

Fine Print

  • Başqa hallar nəzərdə tutulmayıbsa, satın alındıqdan sonra geri qaytarılmır