Başlıq arxa planı rəsmi İkinci başlıq arxa plan rəsmi Arxa plan şəkli

Hədiyyəni necə almaq lazımdır?

Priceless loqosu
Buckingham Palace view a historic royal residence in London, England

Londonda keçiriləcək xüsusi bələdçi turu zamanı nadir kral məlumatlarını kəşf edin

Romantik eşqlər və ürəkağrıdan hekayələr eşidin, məşhur məkanları ziyarət edin, kral ətir evinə baş çəkin və şampanla çaydan zövq alın.

More...

Banqueting House Xəritə

฿8,779 hər nəfər üçün*

*Göstərilən məbləğ təxmini konversiyadır (çevrilmə). Ödəniş sizdən yerli valyuta ilə alınacaqdır. Digər valyuta konvertasiyası və bank tərəfindən komissiya tətbiq oluna bilər.

Təcrübə

“London Storyteller”in "Royal Romance & Scandalous Sovereigns" adlı bələdçili piyada turunda Britaniya monarxiyasının ürəkağrıdan hadisələri, dəbdəbəsi və gizli intriqaları ilə dolu tarixinə qərq olun. Bu turda sizi, 10 il kral ailəsinə xidmət etmiş cazibədar xidmətçi və süni intellekt “CharacTour” bələdçiniz “Barnaby” müşayiət edəcək. O, Trafalqar meydanı, “St. James’s” Sarayı və “The Princess Diana of Wales Memorial Walk” kimi Londonun görməli yerlərini gəzərkən sizə Böyük Britaniya aristokratiyasının məşhur cütlükləri, təmtəraqlı toyları və gözlənilməz sirləri haqqında hekayələr danışacaq. Siz “Floris”də – kral ailəsinin ətir evində dayanacaq, bənzərsiz ətirlərlə tanış olacaq və alış-verişdə 10 % endirimdən yararlanacaqsınız. Daha sonra tur “Burlington Arcade”, “Tramp gecə klubu” və “Bakinqem Sarayı” ilə davam edəcək. Sonda isə “160 Piccadilly” ünvanında yerləşən tarixi binada yerləşən “The Wolseley”də şampan və qaymaqla servis edilən çayla qonaq ediləcəksiniz. Yalnız Mastercard sahibləri üçün keçərlidir.

priceless olan nədir?

Londonun möhtəşəm mənzərələrindən zövq alaraq Birləşmiş Krallığın kral ailəsinin məxfi detallarına dair nadir məlumatlar əldə etmək.

Əsas məqamlar

•  “London Storyteller”in “Royal Romance & Scandalous Sovereigns” turuna süni intellektli bələdçi ilə qoşulun
•  “Trafalqar meydanı”, “St. James’s Sarayı” və “The Princess Diana of Wales Memorial Walk” kimi məşhur yerləri ziyarət edin
•  Kral ailəsinin ətir evi olan “Floris”ə baş çəkin və 10 % eksklüziv endirimdən faydalanın
•  “Bakinqem Sarayı”nın dəbdəbəsini hiss edin
•  “The Wolseley”də şampan və qaymaqla çaydan zövq alın

Ətraflı

  • •  Priceless təcrübələr yalnız Mastercard istifadəçiləri üçün nəzərdə tutulub 
    •  Təcrübə 31 dekabr 2025-ci il tarixinədək keçərlidir
    •  Təcrübə minimum 1, maksimum 8 nəfərlik qruplar üçün nəzərdə tutulub
    •  Qeyd olunan qiymət 1 nəfər üçün nəzərdə tutulub
    •  Təcrübəyə aşağıdakı məkanlara ziyarət daxildir: “Banqueting House in Whitehall”, “Trafalqar meydanı”, “The Travellers Club”, “79 Pall Mall”, “St. James's Palace”, “Marlborough House”, “The Princess Diana of Wales Memorial Walk”, “Floris”, “Burlington Arcade”, “Tramp gecə klubu”, “Bakinqem Sarayı” və “The Wolseley” (krem çay və şampanla birlikdə)

Fine Print

  • Başqa hallar nəzərdə tutulmayıbsa, satın alındıqdan sonra geri qaytarılmır
  • Ləğvlər tərəfdaşın ödəmə zamanı göstərilən şərt və qaydalarına uyğun olaraq həyata keçirilir